XƏBƏRLƏR
3212
Arxiv
2017.04.12
Magistraturaya qəbul imtahanının birinci mərhələsinin nəticələri açıqlanıb
Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına aprelin 9-da keçirilən qəbul imtahanının birinci mərhələsinin nəticələrini elan edib.
Bakalavrlar mərkəzin İnternet saytında imtahanın nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər. Ərizəsini təsdiqlədən 13 min 81 bakalavrdan 109-u imtahana gəlməyib. İmtahanda ən yüksək nəticə 99 bal olub.
Qeyd edək ki, magistraturaya qəbul imtahanının növbəti mərhələsi iyunun 4-də keçiriləcək və bakalavrların ixtisas fənləri üzrə bilikləri yoxlanılacaq.
http://science.gov.az/news/open/5409
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.zoologiya.az saytına istinad zəruridir.