XƏBƏRLƏR
3869 Arxiv

2017.04.05

"Azərbaycanda zoologiyanın tarixinə dair oçerklər (1902-1980)" kitabı çapdan çıxıb

AMEA Elm Tarixi İnstitutunun əməkdaşı Aida Zeynalovanın “Azərbaycanda zoologiyanın tarixinə dair oçerklər (1902-1980)” kitabı çapdan çıxıb.

"Elm və təhsil" nəşriyyatı tərəfindən rus dilində çap olunan kitabın redaktoru institutun direktoru, tarix üzrə elmlər doktoru Məryəm Seyidbəyli, elmi məsləhətçisi isə bu müəssisənin elmi işlər üzrə direktor müavini, ilahiyyat üzrə fəlsəfə doktoru Səbinə Nemətzadədir.

Nəşrdə 1902-ci ildən bu sahədə aparılan tədqiqatlar, eləcə də Azərbaycan SSRİ EA-nın Zoologiya İnstitutunda elmi məktəbin yaranması, həmçinin 10 görkəmli zooloq alimin tərcümeyi-halı yer alıb.

http://science.gov.az/news/open/5350