XƏBƏRLƏR
3155
Arxiv
2017.03.06
“Məqsədli Tədqiqat və İnkişaf Təşəbbüsləri 2017-2018” müsabiqəsi elan olunur
6 mart 2017-ci il tarixdə Ukrayna Elm və Texnologiya Mərkəzi (UETM) və Azərbaycan Milli Elmlər Akademiyası arasındakı əməkdaşlıq haqqında bəyanata əsasən, “Məqsədli Tədqiqat və İnkişaf Təşəbbüsləri 2017-2018” müsabiqəsi elan olunur.
Müsabiqə aşağıdakı elmi prioritetləri nəzərdə tutur:
- Həyat elmləri, biotibb sahəsi, farmasevtika, insan sağlamlığının təmin olunması və möhkəmləndirilməsi.
- Aqrar biotexnologiyaları, torpağın məhsuldarlığı və qida məhsullarının təhlükəsizliyi.
- Energetik komplekslərin effektivliyinin artırılması, enerji mənbələrinin bərpa olunması, palçıq vulkanı-torpaq sürüşməsi riskinin, zəlzələ fəlakətinin qarşısının qabaqcadan alınması və səviyyəsinin azaldılması məqsədilə seysmik təhlükənin qiymətləndirilməsi modelləri, enerji təhlükəsizliyi (təbii və texnoloji risklər).
Daha ətraflı məlumatı buradan əldə etmək mümkündür.
http://science.gov.az/news/open/5186
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.zoologiya.az saytına istinad zəruridir.