XƏBƏRLƏR
3464 Arxiv

2017.02.15

AMEA-nın gənc alim və mütəxəssisləri Fəxri Fərmanla təltif olunublar

Fevralın 15-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclasında AMEA-nın bir sıra elmi müəssisə və təşkilatlarının gənc alim və mütəxəssisləri “Gənclər günü” münasibətilə AMEA-nın Fəxri Fərmanı ilə təltif olunublar.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə İnformasiya Texnologiyaları İnstitutunun böyük elmi işçisi, Gənclər üçün Prezident Mükafatı laureatı, texnika üzrə fəlsəfə doktoru Lyudmila SuxostatKataliz və Qeyri-üzvi Kimya İnstitutunun kiçik elmi işçisi Natəvan Soltanova, Coğrafiya İnstitutunun elmi işçisi Samirə Abuşova, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun doktorantı Nərgiz Bayramova və institutun baş laborantı Cəmilə Bayramova, Genetik Ehtiyatlar İnstitutunun kiçik elmi işçisi Səbinə Hacıyeva, Zoologiya İnstitutunun böyük laborantı Səbinə Həsənova, Tarix İnstitutunun elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Lamiyə Qafarzadə və Naxçıvan Bölməsinin kiçik elmi işçisi Turac Süleymanovaya AMEA-nın Fəxri Fərmanını təqdim edib.

 

http://science.gov.az/news/open/5062