XƏBƏRLƏR
800 Arxiv

2017.02.06

"Elm və İnnovasiya" proqramının növbəti buraxılışında ölkəmizdə ictimai elmlərin inkişafı sahəsində əldə olunmuş nailiyyətlərdən bəhs olunacaq

7 fevral 2017-ci il tarixində saat 22:15-də AzTV kanalında "Elm və İnnovasiya" elmi-publisistik proqramının növbəti buraxılışı yayımlanacaq. Veriliş Azərbaycanda ictimai elmlərin inkişafı sahəsində əldə olunmuş nailiyyətlərə və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuşdur.

Proqramın qonağı Azərbaycan Milli Elmlər Akademiyasının İctimai Elmlər Bölməsinin akademik-katibi v.i.e., AMEA-nın müxbir üzvü Nərgiz Axundovadır

 

http://science.gov.az/news/open/5004