XƏBƏRLƏR
3209 Arxiv

2017.01.12

AMEA-nın elmi müəssisələrində direktor vəzifəsinə seçkilərin keçirilməsi haqqında elan

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti aşağıdakı elmi müəssisələrdə direktor vəzifəsini tutmaq üçün seçkilər elan edir:

Humanitar Elmlər Bölməsi üzrə:

Folklor İnstitutu

İctimai Elmlər Bölməsi üzrə:

İqtisadiyyat İnstitutu

AMEA-nın elmi müəssisələrinin direktoru vəzifəsinə namizədlər böyük elmi nailiyyətləri, elmi-təşkilati bacarığı və təcrübəsi olan alimlər sırasından AMEA-nın Rəyasət Heyəti, müvafiq bölmənin bürosu, həmin bölmənin üzvləri və elmi müəssisənin elmi şurası tərəfindən irəli sürülə bilər.

Namizədlərin irəli sürülməsinə dair aşağıdakı sənədlər (2 nüsxədə) elan dərc edildiyi gündən 1 (bir) ay müddətində AMEA-nın müvafiq elmi bölməsinə (Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 30) təqdim edilməlidir:

- namizədin irəli sürülməsi haqqında müvafiq təqdimat;

- namizədin seçkilərdə iştirak etməsi haqqında yazılı razılığı;

- kadrların şəxsi uçot vərəqəsi;

- tərcümeyi-hal;

- təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin təsdiq olunmuş surətləri;

- elmi əsərlərin təsdiq olunmuş siyahısı;

- 3 ədəd fotoşəkil (4x6 sm). 

 

http://science.gov.az/news/open/4853