XƏBƏRLƏR
3339 Arxiv

2016.12.20

AMEA Zoologiya İnstitutunun Zooloji Muzeyində “Mən bir ağac əkmişəm” lahiyəsinin iştirakçılarına təlim keçirildi

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyilə icra olunan “Mən bir ağac əkmişəm” layihəsi çərçivəsində növbəti təlim14.12.2016-cı il tarixində AMEA Zoologiya İnstitutunun nəzdində fəaliyyət göstərən Zooloji Muzeydətəşkil olundu. Təlimdə müxtəlif universtitetlərin o cümlədən, Bakı Ali Neft Məktəbinin tələbələri iştirak edirdilər.

Təlim zamanı Zooloji muzeyin müdiri Səbinə Bunyatova “Azərbaycan faunasının müasir vəziyyəti,  onun biomüxtəlifliyinin tədqiqi və qorunması istiqamətində görülən işlər” mövzusunda geniş çıxış etdi. Çıxış zamanı Azərbaycan faunasının zənginliyi və növ müxtəlifliyi, muzeyin ekpozisiya fondunda sərgilənən balıqlar, suda-quruda yaşayanlar, sürünənlər, quşlar və məməlilər sinifinə daxil olan növlərin dünya və Azərbaycanda sayı, müasir populyasiya vəziyyəti, yayılması, həyat tərzi, həmçinin nadir və nəsli kəsilməkdə olan növlərin qorunması istiqamətində görülən işlərdən geniş məlumat verildi. Qarşılıqlı müzakirə şəraitində keçən təlim zamanı təlim iştirakçılarına həm Azərbaycanda yaşayan heyvanların eksponatları göstərildi, həm də tələbələri maraqlandıran ekponatların hazırlanma qaydaları izah olundu. Təlim zamanı həmçinin Azərbaycanda yayılan zəhərli heyvan növləri haqqında, zəhərin tibbi əhəmiyyəti və bu canlıların biosenozlardakı rolu barədə məlumatlar verildi.