XƏBƏRLƏR
4138 Arxiv

2016.12.08

AMEA-nın inkişafının böyük bir mərhələsi ümummilli liderin adı ilə bağlıdır

Bu gün AMEA Rəyasət Heyətində "Heydər Əliyev: Zaman və müasirlik" mövzusunda elmi sessiya keçirildi.

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadəmüstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xilaskarlıq missiyasından, Vətəni və xalqı qarşısındakı misilsiz xidmətlərindən, Azərbaycana rəhbərlik etdiyi müxtəlif dövrlərdə verdiyi taleyüklü qərarlardan və atdığı tarixi addımlardan danışdı. Bildirdi ki, ulu öndər Azərbaycan tarixində dönüş yaradaraq ölkənin istiqamətini tənəzzüldən tərəqqiyə doğru çevirən şəxsiyyətdir. Onun fəaliyyəti, gördüyü işlər hətta keçmiş SSRİ məkanında belə yaxşı tanınmayan respublikamızı qısa vaxt ərzində qabaqcıl və nüfuzlu ölkə səviyyəsinə yüksəldə bildi.

"Müstəqil Azərbaycan və İlham Əliyev ümummilli liderin ən böyük əsərləridir"- deyən A.Əlizadə ümummilli liderin layiqli davamçısı Prezident İlham Əliyevin yürütdüyü qətiyyətli siyasət sayəsində Azərbaycanın dövlətçiliyinin daha da gücləndiyini, ölkə həyatının bütün sahələrində inanılmaz bir tərəqqiyə nail olunduğunu qeyd etdi.

Sonra Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov “Ulu öndər və böyük xilaskar” mövzusunda məruzə ilə çıxış etdi. F.Heydərov ulu öndərin çoxcəhətli və zəngin ictimai-siyasi fəaliyyətindən, ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi hər iki dövrdə bütün sahələrdə müdrik və məqsədyönlü siyasətindən, respublikamızın sürətli inkişafı istiqamətində həyata keçirdiyi islahatlardan söz açdı. Bildirdi ki, ölkəmizin beynəlxalq əlaqələrinin qurulmasında və dünya miqyasında tanınmasında ümummilli liderin rolu danılmazdır. 

Ulu öndər ilə bağlı xatirələrini bölüşən F.Heydərov görkəmli dövlət xadiminin böyük siyasi fəaliyyətinin Naxçıvan dövrü barədə məlumat verdi.

Tədbirdə  “Azərbaycan elmi: Heydər Əliyevdən İlham Əliyevə” mövzusunda məruzə ilə çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyliümummilli lider Heydər Əliyevin Azərbaycan elminin, təhsilinin inkişafındakı böyük xidmətlərin danışdı. Dahi liderin hakimiyyətinin bütün dövrlərində Azərbaycan elminə, alimlərə, ziyalılara yüksək diqqət və qayğı göstərildiyini bildirən akademik İ.Həbibbəyli qeyd etdi ki, ümummilli liderin ikinci dəfə hakimiyyətə gəlişindən sonra akademiyanın bağlanmaq təhlükəsi aradan qalxıb və Azərbaycan elminin, AMEA-nın yeni inkişaf mərhələsi başlanıb. Bildirdi ki, dahi şəxsiyyətin hakmiyyəti dövründə 1973-cü ildə Azərbaycan Elmlər Akademiyasının 30 illik yubileyi keçirilmişdir.

Milli Məclisin deputatı, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Şahin İsmayılov əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətindən danışdı. Bildirdi ki, ümummilli liderin atdığı möhkəm təməllər əsasında bu gün Azərbaycan gəncləri dünyanın müxtəlif ölkələrində təhsil alır, gənclərimiz elm festivallarında iştirak edir, ölkəmizdə gənclər forumları keçirilir. Vurğuladı ki, məhz bu diqqət və qayğının nəticəsidir ki, ölkəmizdə 32 gənclər mərkəzi, Prezident yanında Gənclərə Dəstək Fondu fəaliyyət göstərir, Gənclər üçün Prezident mükafatı təsis edilibdir. Bu gün də Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu var.

 

 

http://science.az/news/open/4680