XƏBƏRLƏR
3420 Arxiv

2016.11.16

“Təhsil şöbəsinin” yekun hesabatı keçirildi

16.11.2016-cı il tarixində AMEA Zoologiya İnstitutunun Elmi Şurasında “Təhsilşöbəsinin” hesabatı olmuşdur. Hesabatda qeyd edildi ki, Zoologiya İnstitutunda hal-hazırda elmlər doktoru hazırlığı üzrə 10 mütəxəssis,  fəlsəfə doktorluğu hazırlığı üzrə isə 5 doktorant və 12 dissertant təhsil alır. 2016-cı ildə 1 doktorant (Türkan Qurbanova) və 1 dissertant (Novruzov Nizami) müdafiə etmişdir. 3 dissertant (Nadirova Gülbəniz, Hacıyeva Nuranə  və Salahova Samirə) və 1 doktorantın (Vüsalə Nərimanova) dissertasiya mövzusu şöbədə müzakirə edilmiş və Dissertasiya Şurasına təqdim edilmişdir.

Zoologiya İnstitutunda ilk dəfə olaraq bu il Təhsil Şöbəsinin təşkilatçılığı ilə iyun ayında minimum imtahanları elektron test üsulu ilə keçirildi və nəticələr uğurlu oldu. 2016-cı il Qış sessiyası üçün proqram və testlər yenilənib. Proqramlar hazırlamaq üçün komissiya təşkil edilmiş, testləri hazırlamaq isə laboratoriya müdirlərinə həvalə edilmişdir. Hər laboratoriya  öz ixtisaslarına uyğun 350-450 test hazırlayıb, Təhsil Şöbəsinə təhvil vermişdir.

2017-ci tədris ili üçün fəlsəfə doktoru hazırlığı üzrə 2 nəfərin doktorantura və 5 nəfərin dissertanturaya, elmlər doktoru üzrə doktoranturaya isə 4 mütəxəssisin, eyni zamanda Magistraturada təhsil almaq üçün 2 yer ayrılması  planlaşdırılır.

Bu il ilk dəfə olaraq Zoologiya İnstitutunda işə qəbul test üsulu ilə həyata keçirilib. İşə qəbulun test üsulu ilə keçirilməsi daha savadlı kadrların işə qəbul olunmasına imkan verir. Sonda Elmi Şuranın sədr əvəzi  b.e.d E. Əhmədov,elmi işlər üzrə direktor müavini b.e.d. Z. Məmmədov və Elmi şuranın digər üzvləri şöbənin nəticələri barədə öz fikirlərini, təkliflərini irəli sürdülər.

 Elmi şuranın qərarı ilə  hesabatlar qəbul olunub, yüksək qiymətləndirildi.