XƏBƏRLƏR
3563 Arxiv

2016.11.12

“Teriologiya” laboratoriyasının 2014-2016-cı illər üzrə yekun hesabatı keçirildi

12.11.2016-cı il tarixində AMEA Zoologiya İnstitutunun Elmi Şurasında “Quru onurğalı heyvanlar” şöbəsinin Teriologiya laboratoriyasının əməkdaşlarının “Azərbaycan və  həmsərhəd ərazilərdə quru onurğalılarının əsas ekoloji-faunistik qruplarının monitorinqi və onların biomüxtəlifliyinin saxlanılması” mövzusu  ilə əlaqədar hesabat verildi.

İlk öncə Teriologiya laboratoriyasının müdiri, b.ü.e.d.Q.N.Quliyev laboratoriyada yerinə yetirilən tədqiqat işləri haqqında məlumat verdi.

Daha sonra, “Lənkəran Təbii Vilayətində gəmiricilərin ekoloji və sitogenetik monitorinqi” işi haqqında Q.N.Quliyev, “Lənkəran təbii vilayəti və ona həmsərhəd ərazilərdə iri otyeyən və yırtıcı məməlilər faunasının müasir vəziyyətinin öyrənilməsi və sayca bərpa edilməsi” işi haqqında E.K.Əskərov məruzələr etdilər.

Sonda Elmi Şuranın sədr əvəzi  b.ü.e.d Elşad Əhmədov,elmiişlər üzrə direktor müavini b.ü.e.d. Z. Məmmədov və Elmi şuranın digər üzvləri elmi tədqiqat işlərinin nəticələri barədə öz fikirlərini, təkliflərini irəli sürdülər.

Elmi şuranın qərarı ilə  hesabatlar qəbul olundu.