XƏBƏRLƏR
3484 Arxiv

2016.11.11

“Ornitologiya” laboratoriyasının 2014-2016-cı illər üzrə yekun hesabatı keçirildi

11.11.2016-cı il tarixində AMEA Zoologiya İnstitutunun Elmi Şurasında “Quru onurğalı heyvanlar” şöbəsinin “Ornitologiya” laboratoriyasının əməkdaşlarının “Azərbaycan və ona həmsərhəd ölkələrin ərazisində quru onurğalılarının əsas ekoloji faunistik qruplarının monitorinqi, onların biomüxtəlifliyi və saxlanılması” mövzusu  ilə əlaqədar hesabat verildi.

“Ornitologiya”laboratoriyasının müdiri b.ü.f.d. İ.R.Babayev laboratoriyada görülən işlər barəsində qısa məlumat verdi. Daha sonra “Azərbaycanda su-bataqlıq quşlarının miqrasiyasını tənzimləyən əsas ekoloji siqnalların öyrənilməsi” elmi tədqiqat işi haqqında b.ü.f.d. A.M.Musayev, “Xəzərin Azərbaycan hissəsinin cənub sahillərində (Şahdili-Astara) yaşayan quşlardan qaraördək və pazdimdik cinslərinə daxil olan növlərin yaşayış yerlərinə və say dinamikasına təsir edən ekoloji amillər” elmi tədqiqat işi haqqında b.ü.f.d. İ.R.Babayev, “Leşyeyən quşların (Gypaetus barbatus, Neophron persnopterus, Gyps fulvus, Aegypius monachus) yemləndirilməsi zamanı bəzi bioekoloji xüsusiyyətlərinin öyrənilməsi” elmi tədqiqat işi haqqında a.ü.f.d. T.Ə.Kərimov, “Aşağı Kürün ornitofaunası (Salyan rayonu)” elmi tədqiqat işi haqqında e.i. S.İ.Məmmədova çıxış etdilər.

Sonda Elmi Şuranın sədri fiz.ü.f.d E.F.Yusifov, elmiişlər üzrə direktor müavini b.e.d. Z.Məmmədov və Elmi şuranın digər üzvləri elmi tədqiqat işlərinin nəticələri barədə öz fikirlərini, təkliflərini irəli sürdülər.

Elmi şuranın qərarı iləhesabat qəbul olundu və təkliflər səsləndirildi, A.M.Musayevin hesabatı isə qəbul olunmadı.