XƏBƏRLƏR
3421 Arxiv

2016.11.10

Cücülərin fauna və sistematikası

10.11.2016-cıil tarixində AMEA Zoologiya İnstitutunun Elmi Şurasında “Entomologiya” şöbəsinin “Cücülərin fauna və sistematikası” laboratoriyasının əməkdaşlarının “Azərbaycanda yayılan sovkaların, uzunbığ, karabid və qızılı böcəklərin biomüxtəlifliyi və onların  bioekoloji xüsusiyyətləri” mövzusu  ilə əlaqədar hesabatı keçirildi.

 “Cücülərin fauna və sistematikası” laboratoriyasında 2016-cı ildə görülən işlər barəsində b.ü.f.d. G.A.Hüseynzadə qısa məlumat verdi. Daha sonra “Azərbaycanda  Heliothidinae, Erastriinae yarımfəsilələrinə mənsub olan sovkaların biomüxtəlifliyi, onların   bioekoloji xüsusiyyətlərinin öyrənilməsi” elmi tədqiqat işi haqqında  e.işçi V.Ə.Əhmədova,  “Abşeron yarımadasında abiotik və biotik amillərin entomofaunaya (Lepidoptera, Arctiidae; Coleoptera, Scarabaeidae) təsiri” elmi tədqiqat işi haqqında b.ü.f.d. S.Ə.Hacıyeva çıxış etdi.

Son olaraq Elmi Şuranın sədr əvəzi  b.e.d E. Əhmədov, elmiişlər üzrə direktor müavini b.e.d. Z. Məmmədov və Elmi şuranın digər üzvləri Elmi tədqiqat işlərinin nəticələri barədə öz fikir, təkliflərini irəli sürdülər.

Elmi şuranın qərarı ilə  hesabatlar qəbul olundu və təkliflər səsləndirildi.