XƏBƏRLƏR
3734 Arxiv

2016.11.17

Bu gün görkəmli alim akademik Əhliman Əmiraslanovun doğum günüdür

Dünya şöhrətli alim 1986-cı ildə elm və texnika sahəsi üzrə «Onkoloji xəstələrin bərpa müalicəsi metodlarının işlənib hazırlanması və onların klinik təcrübədə tətbiqi» haqqındakı silsilə elmi – texnoloji işlərinə görə SSRİ Dövlət Mükafatı laureatı, «Əməkdar elm xadimi» fəxri adlarına layiq görülüb.



Akademik Əmiraslanov 470–dən çox elmi əsərin müəllifi olmaqla bərabər  Ümumdünya Ortoped–Travmatoloq və Onkoloqlar Assosiasiyalarının, Yunanıstan, Çexiya, Macarıstan Onkoloqlar Cəmiyyətlərinin, Avropa Bərpa Cərrahlığı Assosiasiyasının üzvü, Amerika Klinik Onkoloqlar Cəmiyyətinin, Azərbaycan Milli Elmlər Akademiyasının, Rusiya Təbiət Elmləri Akademiyasının, Rusiya Tibb Elmləri Akademiyasının, Polşa Tibb Elmləri Akademiyasının həqiqi üzvüdür.



Ə.T. Əmiraslanov Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Himayədarları Şurasının, Azərbaycan Respublikası Dövlət Mükafatlarının verilməsi üzrə Komissiyanın, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının Biologiya və Tibb bölməsinin akademik-katibi, Milli Məclisin deputatı, Milli Məclisin Səhiyyə Komitəsinin və TÜRKPA-nın komissiya sədridir.


Hörmətli akademikƏhliman müəllimi doğum günü münasibətilə AMEA Zoologiya  İnstitutunun kollektivi adından ürəkdən təbrik edir, ona möhkəm can sağlığı, elmi fəaliyyətində silsilə uğurlar arzulayırıq.