XƏBƏRLƏR
3598 Arxiv

2016.11.10

Zoologiya İnstitutunun əməkdaşı ADA Universitetinin təlim proqramında iştirak etmişdir

AMEA Zoologiya İnstitutununHerpetologiya laboratoriyasının doktorantı Günay Əlixan qızı Qasımova ADA Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzi (CCEE) və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) birgə təşkil etmiş etdiyi “Bakı Payız Ətraf Mühit Məktəbi” adlı üç günlük təlim proqramında iştirak etmişdir.Təlim “Ekosistem xidmətlərinin inkişaf planına daxil edilməsi” mövzusuna həsr olunmuşdur. 2-ci “Bakı Payız Ətraf Mühit Məktəbi” 4-6 noyabr, 2016-cı il tarixlərində ADA Universitetində keçirilmişdir.

Təlim unikal praktik təcrübəyə əsaslanan Harvard Keys metodikası ilə həyata keçirilmişdir.

Təlimin məqsədi ekosistem xidmətlərinin daha yaxşı qiymətləndirilməsi, dəyərləndirilməsi və təsvir edilməsi inkişaf planlaşıdırıcılarını, onların fəaliyyətlərinin ekosistem xidmətlərinə necə təsir etdiyini və onları necə dəyişdirdiyini anlamağa, bu xidmətləri davamlı etmək üçün optimal seçimlər etməyə yardım edə bilməkdir.

Siyasətçilər inkişaf planlarının hazırlanması ilə əlaqəli proseslərdə çoxşaxəli problemlərlə tez-tez üzləşməli olurlar. Çox zaman layihələr inkişaf məqsədlərinə çatmaq üçün təbiətə təsiretmə hesabına həyata keçirilir. Məsələn, kənd təsərrüfatının intensivləşdirilməsi dövlət siyasəti qida məhsullarının istehsalının artırılması məqsədi ilə yerinə yetirilir. Bu səbəblə meşələrin qırılması isə torpağın eroziyası və daşqınların yaranmasına yol açır. Təbii ki, həyat tərzləri və rifahı təbiətdən asılı olan şəxslər bu proseslərin təsirinə olduqca həssasdırlar.

Ekosistem xidmətləri və inkişaf məqsədləri arasındakı əlaqəni tanımaq daha uğurlu strategiyaların seçilməsinə zəmin yaradır.