XƏBƏRLƏR
3467 Arxiv

2016.11.03

AMEA Zoologiya İnstitutunun Elmi Şurasında “Su heyvanları” şöbəsinin yekun hesabatı dinlənildi

03.11.2016-cı il tarixində AMEA Zoologiya İnstitutunun Elmi Şurasında “Su heyvanları” şöbəsinin “Azərbaycanın daxili su hövzələrində və Xəzərin Azərbaycan sektorunda  hidrobiontların biomüxtəlifliyi, su hövzələrinin bioresurslarından səmərəli istifadə olunması və qorunması yollarının elmi əsaslarının hazırlanması” mövzusu üzrə yekun hesabatı dinlənildi və müzakirə olundu. Şöbənin və İxtiologiya laboratoriyasının müdiri b.e.d. Şaiq İbrahimov,  Hidrobiologiya laboratoriyasının müdiri  b.ü.f.d. Adil Əliyev  3 il ərzində  görülən işlər barəsində qısa  məlumat verdilər. Daha sonra  mövzuya daxil olan elmi tədqiqat işləri üzrə icraçılar b.ü.f.d. Süleyman Süleymanov, b.ü.f.d.Sara Əliyeva b.ü.f.d.Namik Mustafayev, b.ü.f.d.Əflatun Əzizov, Könül Tağıyeva, Könül Tapdıqova çıxışlar etdilər. Daha sonra Elmi Şuranın sədri fiz.ü.f.d.E. Yusifov, elmi işlər üzrə direktor müavini b.e.d. Z. Məmmədov və Elmi şuranın digər üzvləri elmi tədqiqat işlərinin nəticələri barədə öz fikirlərini, təkliflərini irəli sürdülər.

Sonda Elmi şuranın qərarı ilə hesabatlar qəbul olunub, təkliflər müzakirə olundu.