XƏBƏRLƏR
3890 Arxiv

2016.10.03

Mingəçevir elmi-təcrübə laboratoriyası

AMEA Zoologiya İnstitutunun Helmintologiya laboratoriyasının kiçik elmi işçisi Suman Həsənova Mingəçevir elmi-təcrübə laboratoriyasında olmuşdur. Suman Həsənova təcrübə məntəqəsinin əməkdaşlarından orda olan işlər haqqında məlumatlar əldə etmişdir. Belə ki, kiçik elmi işçilər Kazım Məmmədov və Şəfəq Məmmədova elmi-təcrübə laboratoriyasında görülən işlər haqqında danışdılar. Kiçik elmi işçi Şəfəq Məmmədovanın qeyd etdiyinə görə, hər gün gündə iki dəfə olmaqla göllərdə temperaturun ölçülməsi həyata keçirilir. Daha sonra kiçik elmi işçi Kazım Məmmədov əməkdaşımızı göllərlə tanış etmiş, məntəqədə səkkiz kiçik gölün olduğunu bildirmişdi. Bu göllərdən yeddisində balıq, birində zəli yetişdirilir. Əlavə olaraq yemləmə prosesini, həmçinin, gölün təmizlənməsinin necə həyata keçirildiyi izah edilib və göstərilmişdir. İnstitutumuzun əməkdaşı Suman Həsənova bu müşahidələr nəticəsində bilmədiyi və yalnız kitablardan oxuduğu məlumatları yaxından müşahidə etdiyini və öyrədici müşahidələrin gələcək elmi həyatında böyük rol oynayacağını vurğuladı.