XƏBƏRLƏR
3686 Arxiv

2016.07.28

AMEA ZOOLOGİYA İNSTİTUTUNDA BEYNƏLXALQ ƏMƏKDAŞLIQ ƏLAQƏLƏRİNİN MÖHKƏMLƏNDİRİLMƏSİ İSTİQAMƏTİNDƏ MƏQSƏDYÖNLÜ İŞLƏR HƏYATA KEÇİRİLİR

Zoologiya İnstitunda 28 İyul  2016-cı il tarixində  keçirilən elmi seminarda Tümen Universitetinin “Heyvanların zoologiyası və ekologiyası” kafedrasının müdiri, Rusiya Təbiət Elmləri Akademiyasının akademiki, b.e.d., prof. Qaşev Sergey Nikolayeviç ilə görüş keçirildi.

Tədbiri giriş sözü ilə açan Zoologiya İnstitutunun direktoru Elman Yusifov son zamanlar İnstitutda beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrdən söz açdı. Bu gün Azəbaycan alimlərinin beynəlxalq elmi mühitə inteqrasiyası üçün dünyanın nüfuzlu elm və təhsil müəssisələri ilə əlaqələrin qurulmasının vacib məsələlərdən olduğunu bildirdi. Həmçinin İnstitutda beynəlxalq əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsiistiqamətində məqsədyönlü işlər həyata keçirilir.

Sonra b.e.d., prof. Qaşev Sergey Nikolayeviçin məruzəsi dinlənildi. Qeyd edək ki, professorun rəhbərlik etdiyi kafedra uzun müddətdir ki, Xəzər dənizi ətrafında onurğalı heyvanların, ələxsus kirpilərin və onların populyasiyasının tədqiqi ilə məşğul olur.

Daha sonra İnstitutun direktoru b.e.d.,  professor Qaşev Sergey Nikolayeviç ilə keçirilən görüşün  bu sahədə mühüm irəliləyişlərin əldə olunmasında önəmli rol oynayacağını dedi. Təcrübəli mütəxəssislərlə bu kimi elmi seminarların  keçirilməsinin ənənəvi xarakter almasının vacibliyini nəzərə çatdırdı. Xəzər ətrafı ərazidə kirpilərin eyni, yaxud müxtəlif növlərin miqrasiya axınını araşdıran bu heyyətlə AMEA Zoologiya İnstitutunun çoxşaxəli əməkdaşlıq perspektivlərinin ola biləcəyini də qeyd etdi. Qeyd olunan məsələlər ətrafında fikir mübadiləsi aparıldı, sual və təkliflər səsləndirildi.

Seminar sonrası İnstitutun rəhbərliyi ilə cənab Sergey Nikolayeviçin dəyirmi masa ətrafında müzakirələri davam etdi. Tümen Universitetinin nəzdində fəaliyyət göstərən İnstitutlarla AMEA Zoologiya İnstitutunun qarşılıqlı əməkdaşlıq prinsipi nəticəsində müəyyən işlər aparıla biləcəyini, birgə konfranslar, daha maraqlı sahə eskpedisiyalarının mümkünlüyü vurğulandı. Əlavə olaraq ən vacib məsələlərdən biri olan heyvanlar aləminin nadirlik dərəcəsinin müəyyənləşdirilməsində yerli mütəxəssislərimizin azlıq təşkil etdiyi səbəbindən Tümen Dövlət Universiteti ilə əməkdaşlıq çərçivəsində bu sahə üzrə kadrlardan yararlana biləcəyimiz nəzərə çatdırıldı.