XƏBƏRLƏR
4105 Arxiv

2016.07.04

Gülzar Mustafayeva Quba-Xaçmaz bölgəsində ekspedisiyada olub

“Faydalı cücülərin introduksiyası və bioloji mübarizənin elmi əsasları laboratoriyasının” əməkdaşı b.ü.f.d. Gülzar Mustafayeva iyunun 20-dən 30-na qədər Quba-Xaçmaz bölgəsində ekspedisiyada olub. Kənd təsərrüfatı, park dekorativ bitkilərə zərər verən bərabərqanadlıların – çanaqlı, yalançı çanaqlı yastıcalara,  mənənələrə və onların entomofaqlarına  aid materiallar toplayıb. Yığılan çanaqlı, yalançı çanaqlı yastıcalar, mənənələrin   növlərinə aid fotoşəkillər çəkib.

 Ekspedisiya zamanı şaftalı ağacının yarpaqlarında  Myzus persicae Sulzer - böyük şaftalı mənənəsi, Myzodes persicae Sulz. - şaftalı mənənəsi, alma üzərindəAphis pomi Deg. - yaşıl alma mənənəsi, gilənar üzərində  Myzus cerasi Fabr. - gilənar mənənəsi, alça üzərində Hyalopterus pruni Geoffr. - çil mənənəsi, çuğundurüzərində Aphis fabae Scop. - çuğundur mənənəsi,  qarğıdalı üzərində Rungsia maydis Pass. - tüklü qarğıdalı mənənəsi aşkarlanmış və fotomateriallar hazırlanmışdır.

Akasiya üzərində  Parthenolecanium corni(Bouche) - akasiya yalançı çanaqlı yastıcası,  alça ağaclarınınbudaqlarında Sphaerolecanium prunastriFonscolombegavalıyalançıçanaqlı yastıca,  tut ağacının budaqları üzərində Parthenolecanium persicae(Fabricius)aşkarlanmışdır. Zərərvericilərin entomofaqları da toplanmışdır.Bərabərqanadlıların entomofaqları olan 11 növ parabüzən toplanmışdır.

Yığılan entomoloji materiallar laboratoriyada işlənib hazırlanacaqdır.