XƏBƏRLƏR
3479 Arxiv

2016.06.30

Elmi Şuranın növbəti iclası keçirildi

AMEA Zoologiya İnstitutunun Elmi Şurasının növbəti iclası keçirildi. İnstitutun direktoru Elman Yusifov gündəlikdəki məsələlər barədə Şura üzvlərini tanış etdikdən sonra, sözü  b.ü.e.d. Elşad Əhmədova verdi. Elşad Əhmədov institutun 80 illik yubileyi ilə bağlı hazırlanan materiallar haqqında əməkdaşları məlumatlandırdı.

Elmi işlər üzrə direktor müavini Zəkəriyyə Məmmədov İnstitutda struktur dəyişikliyi haqqında çıxış etdi. O, “Cücülərin fauna və sistematikası” ilə “Araxnologiya” laboratoriyası birləşdirilərək “Quru onurğasızları” laboratoriyası, “Su heyvanları” laboratoriyasının adı dəyişdirilərək “Hidrobiologiya” laboratoriyası adlandırılmasını  təklif etdi. Təklif Şura üzvləri tərəfindən yekdilliklə qəbul olundu.

Elmi Şurada bununla yanaşı, digər məsələlərə də toxunuldu.