XƏBƏRLƏR
3440 Arxiv

2016.06.10

Elmi Şuranın növbəti iclası keçirildi

Bu gün AMEA Zoologiya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirildi.

Elmi Şuranın qərarı ilə  İnformasiya və İnnovasiya şöbəsinin müdiri Şahzadə Qafar qızı Mədətova və İnstitutun Təhsil şöbəsinin müdiri b.ü.f.d. Əliyeva Sara İsmayıl qızı Elmi Şuraya üzv seçildi.

İnstitutun elmi katibi, b.ü.e.d. N.B.Mirzəyeva öz xahişi ilə tutduğu vəzifədən azad edildiyi üçün b.ü.f.d. Əliyeva Sara İsmayıl qızı elmi katib vəzifəsini müvvəqqəti icra edən təyin edildi.