XƏBƏRLƏR
3084 Arxiv

2016.06.01

1 iyun 2016-cı il tarixində Bakı səhəri 189 – 190 saylı tam orta məktəbin rus bölməsinin 7- ci sinif şagirdləri sinif rəhbərləri Adil Cəfərovla ilə birlikdə Zoologiya İnstitutunda olmuşlar.

1 iyun 2016-cı il tarixində Bakı səhəri 189 – 190 saylı tam orta məktəbin rus bölməsinin 7- ci sinif şagirdləri sinif rəhbərləri Adil Cəfərovla ilə birlikdə Zoologiya İnstitutunda olmuşlar. Səfərin məqsədi Zoologiya İnstitutunda aparılan tədqiqat işləri ilə daha yaxından tanış olmaq və Azərbaycan faunasını tanımaq idi. Bu məqsədlə ilk növbədə Zooloji Muzeyin müdiri, b.ü.f.d. Səbinə Bünyatova muzeyin ekspozisiya fondunda yerləşən, həm dünya, həm də Azərbaycan faunasına aid olan eksponatlar barədə şagirdlərə ətraflı məlumatlar vermişdir. Daha sonra Protistologiya laboratoriyasının kiçik elmi işçisi Səriyyə Qasımova Scan mikroskopunun işləmə prinsipləri və bu mikroskopda tədqiq olunan birhüceyrəli orqanizmlər haqqında ətraflı məlumat vermiş, həmin laboratoriyanın doktorantı Turkan Qurbanova isə birhüceyrəli bağırsaq parazitlərinin preparatlarını elektron mikroskop vasitəsilə şagirdlərə göstərmişdir. Teriologiya laboratoriyasının kiçik elmi işçisi, eyni zamanda Vəhşi Təbiəti Mühafizə fondunun əməkdaşı  Sevinc Saruxanova fondun Azərbaycanda apardığı layihələr, həmçinin bəbirin yayılması, həyat tərzi və onun qorunması istiqamətində aparılan tədbirlər haqqında prezentasiyanı şagirdlər üçün nümayiş etmişdir. Sonda şagirdlərə “Azad yaşamaq istəyən bəbir” kitabı təqdim olunmuşdur.