XƏBƏRLƏR
3388 Arxiv

2016.05.20

Zoologiya İnstitutunda Dissertasiya Şurasınn növbəti iclası keçirilib

İnstitutun nəzdində fəaliyyət göstərən D01.071 Dissertasiya Şurasının növbəti iclası keçirilmişdir.İclasda Helmintologiya laboratoriyasının müdiri Qara  Hüseyn oğlu Fətəliyevin “Azərbaycanda  vəhşi  məməlilərin (dovşankimilər, gəmiricilər,  yırtıcılar, cütdırnaqlılar)  helmint  faunasının bioekoloji  xüsusiyyətləri  və  formalaşması  yolları”mövzusunda biologiya üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiyasının müdafiəsi keçirilib.

Tədqiqat zamanı Azərbaycanda vəhşi məməlilərdə 74 cinsə, 43 fəsiləyə, 9 dəstəyə və 4 sinfə daxil olan 144 növ helmintin parazitlik etməsi müəyyən edilmişdir. Bunlardan 13 növü trematod, 30 növü sestod, 3 növü akantosefal, 98 növü isə nematod olmuşdur. Tədqiqat nəticəsində dovşankimilər dəstəsindən 1 növ, onlardan 18 növ helmint, gəmiricilər dəstəsindən 16 növ, onlardan 48 növ helmint, yırtıcılar dəstəsindən 12 növ, onlardan da 63 növ helmint və cütdırnaqlılar dəstəsindən 3 növ tədqiq edilmiş və onlardan da 35 növ helmint aşkar edilmişdir.

Vəhşi məməli növlərinin dəstələr üzrə taksonomik kateqoriyaları göstərilməklə Azərbaycanda yayılmaları, qidası, həyat tərzi və digər bioekoloji xüsusiyyətləri və onlarda qeyd olunan helmint növlərinin sistematik ardıcıllıqla landşaft-ekoloji zonalar üzrə yayılma dərəcəsi müəyyən edilmişdir.

Azərbaycanda vəhşi məməlilərdə qeyd olunan helmint növlərindən 81 növ insan və ev heyvanları üçün potensial təhlükə törətdiyi bildirilir.