XƏBƏRLƏR
3238 Arxiv

2016.05.19

İnstitutun növbəti elmi seminarı keçirilib

Bu gün İnstitutun Teriologiya laboratoriyasının əməkdaşı Elşad Əsgərov seminarda "Yeni aerokosmik tədqiqat metodlarının Azərbaycan faunasının öyrənilməsində tətbiqi perspektivləri" mövzusunda çıxış etmişdir. Bu metodların nadir növlərin öyrənilməsində, onların yaşayış yerlərinin modelləşdirilməsində, mühafizəsinin təşkilində xüsusi əhəmiyyətinin olduğu vurğulanmışdı. Azərkosmos ASC ilə əməkdaşlıq şəraitində İnstitutun əməkdaşlarının  müasir elmi mövzuların işlənməsində nailiyyətlər əldə edəcəyinə əminlik ifadə olunmuşdur.