XƏBƏRLƏR
3543 Arxiv

2016.05.12

Hartmurt Müllerin gənclərlə görüşü

AMEA Zoologiya İnstitutunda alman alimi Hartmurt Müllerin gənclərlə görüşü keçirilmişdir. İnstitutun direktoru Elman Yusifov Hartmurt Mülleri təqdim etdikdən sonra, alim gənclərə Azərbaycanda apardığı bioloji müxtəlifliyin öyrənilməsi sahəsində öz tədqiqatları haqqında məruzə etdi. Qeyd edək ki, cənab Müller uzun müddət Azərbaycanda yaşamış, onun hər guşəsini gəzmiş, əsrarəngiz təbiətini öyrənmişdir. 2008-2012-ci illərdə H.Müller Şirvan Milli Parkında direktor vəzifəsində çalışmış, parka alman səliqəsi gətirmiş, onun iştirakı ilə aparılan tədqiqatlar zamanı Azərbaycan üçün yeni növlər kəşf edilmişdir.

İnstitutun gəncləri ilə görüşü zamanı cənab Müller təbiətin tək öyrənilməsinin deyil, onun qorunmasının da vacibliyini qeyd etdi, bu sahədə beynəlxalq təcrübədən bəhs etdi. Azərbaycanın həm təbii, həm də mədəni, etnik rəngarəngliyi alimin məruzəsinin fokusunda olmuşdur.

Alim gənclərə müraciət edərək, onların daha çox ərazidə çalışmağını tövsiyyə etmişdir, Azərbaycan təbiətinin öyrəniləsi çox sirlərini, gediləsi və görüləsi çox guşələrinin olduğunu vurğuladı.