XƏBƏRLƏR
3409 Arxiv

2016.05.04

İnstitutun növbəti Elmi seminarı keçirilib

İnstitutun Elmi seminarında V.Axundov adına Milli ET Tibbi Profilaktika İnstitutunun Parazitologiya şöbəsinin böyük elmi işçisi N.C.Namazovun “Azərbaycanda Culicidae fəsiləsinə aid qansoran ağcaqanadların müasir dövrdə növ tərkibinin öyrənilməsi və onlara qarşı mübarizə üsullarının işlənib hazırlanması” mövzusunda biologiya üzrə elmlər doktoru alimlik dərəcəsi almaq üçün təqdim olunmuş  dissertasiya işinin müzakirəsi keçirildi.

Tədqiqatçı tərəfindən müasir şəraitdə ilk dəfə olaraq respublikanın coğrafi ərazilərində qansoran ağcaqanadlarının 7 cinsə daxil olan 24 növü və onlara təsir edən amillər öyrənilmişdir. N.C.Namazovun “Karbonat və piretroid preparatlarının qansoran ağcaqanadlara qarşı işlədilməsinə dair”, “Qansoran ikiqanadlılara qarşı yeni süngər üsulu ilə işlədilməsinə dair”, metodik tövsiyyələri Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin kollegiyasının qərarı əsasında təsdiq edilmişdir.

İşin elmi məsləhətçisi AMEA-nın müxbir üzvü, t.e.d., professor N.N.Əliyevdir.