XƏBƏRLƏR
3594 Arxiv

2016.05.03

Gənc Tədqiqatçıların IV Beynəlxalq Elmi Konfransı

30 aprel 2016-cı il tarixində Qafqaz Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Gənc Tədqiqatçıların IV Beynəlxalq Elmi Konfrans”-ı keçirilmişdir.

Konfrans 5 seksiya olmaqla 20 fərqli ana istiqamət üzrə öz işini davam etmişdir.

Konfransda AMEA Zoologiya İnstitutunun gənc əməkdaşları b.ü.f.d.Səbinə Bünyatova, doktorantTürkan Qurbanova, elmi işçilər Könül Tağıyeva, Könül Tapdıqova, Gülbəniz Qasımova, kiçik elmi işçilər Günay Qasımova və Şəfa Xasayeva tədqiqat mövzuları üzrə məruzələr etmişdilər. Konfransın sonunda iştirakçılara sertifikat təqdim edilmişdir.

www.qu.edu.az