XƏBƏRLƏR
2968 Arxiv

2018.12.12

Zoologiya İnstitutunun elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib

12 dekabr 2018-ci il tarixində AMEA Zoologiya İnstitutunda Biologiya və Tibb Elmləri Bölməsinin iştirakı ilə institutun 2018-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib. İclasda Genetik Ehtiyatlar İnstitutunun direktoru, Biologiya və Tibb Elmləri Bölməsinin  akademik-katibin müavini Zeynal Əkpərov, Biologiya və Tibb Elmləri Bölməsinin elmi katibi, aqrar elmlər üzrə fəlsəfə doktoru Afiq Məmmədov iştirak ediblər.

İnstitutun direktoru f.ü.f.d., dosent Elman Yusifov cari ildə institututda aparılan elmi tədqiqat işləri və alınan nəticələr haqqında ətraflı məlumat verib, institutda “Biomüxtəlifliyin, torpaq və su ehtiyatlarının tədqiqi, bərpası, mühafizəsi və səmərəli istifadəsi, məlumat bazalarının yaradılması” istiqaməti üzrə, 3 problem, 10 mövzuya aid, 39 elmi tədqiqat işi yerinə yetirilməsi, Azərbaycanın yüksək dağ göllərində çanaqlı amöblərin faunistik tədqiqinin aparılması, elm üçün 1 yeni növün (Awerintzewia minuta) təsvir edilməsi, Qafqaz faunası üçün isə 1 cinsin (Awerintzewia Schouteden, 1906) və 2 yeni növün (Difflugia serbica Ogden and Živković, 1983 and Difflugia biconvata Ertl, 1965) ilk dəfə qeydə alınması, tədqiqatlar nəticəsində  Hindistanda  Cyperus rotundus L. (Cyperaceae, Poales) bitkisinin köklərindən təsvir edilmiş Heterodera mothi (Khanet Husain, 1965) parazit nematod növü Muğan düzündə yumşaq buğda (Triticum aestivum L.) növündə aşkar edilərək, Qafqaz (Azərbaycan daxil olmaqla) faunası üçün ilk dəfə göstərilməsi, H.mothi növünün dişilərinin sistalarının və sürfələrinin ikinci mərhələsinin morfologiyasının, Heterodera cinsinin digər növləri ilə filogenetik əlaqəsinin, ribasomal RNT ITS və mitoxondrional DNT COI genlərinin analizi əsasında bu növün Cyperi qrupuna aid olduğu, ilk dəfə Azərbaycanın su hövzələrində Erpobdellidae fəsiləsinə aid olan zəli növləri - Dina stschegolewi, Dina lineata və  Dina cf. farsa müəyyən edilməsi haqqında ətraflı məlumat verib. Direktor  həmçinin “Zoologiya İnstitutunun əsərləri” adlı kitabın XXXVI cildi, № 1,  “Azərbaycan Zooloqlar cəmiyyətinin əsərləri” adlı kitabın X cildi, № 1 çapa hazırlanıb, əməkdaşlar tərəfindən 3 monoqrafiya (xaricdə), 68 məqalə, 48 tezis olmaqla 119 elmi əsər dərc edilməsi, onlardan da 45 məqalə və 27 tezis xaricdə, 17-i məqalə isə impakt faktorlu jurnallarda dərc olunması, “Azərbaycan faunası”- Milli İnformasiya Sisteminin yaradılmasına start verilməsi, onurğalılar faunasının (700-ə yaxın növ) inventarlaşdırılmasına başlanılması haqqında danışıb, hazırda institutda elmlər doktoru hazırlığı üzrə 5 dissertant, fəlsəfə doktoru hazırlığı üzrə 5 doktorant və 6 dissertantın elmi tədqiqat işləri aparmasını, magistraturada 2 magistrın təhsil aldığını, 2018-ci ildə Zoologiya İnstitutu nəzdində fəaliyyət göstərən D.01.071 dissertasiya şurasında “zoologiya”, “entomologiya”  və “parazitologiya” ixtisasları üzrə 8 müdafiənin (3 elmlər doktoru, 5 fəlsəfə doktoru) keçirilməsini , il ərzində institut əməkdaşlarının yerli və  xarici konfranslarda məruzələrlə iştirak etmələrini qeyd edib.

Sonda hesabat ətrafında müzakirələr aparılıb, təkliflər dinlənilib, institutun 2018-ci il üçün illik hesabatı qəbul edilib.