XƏBƏRLƏR
2906 Arxiv

2018.11.23

AMEA-nın Qadınlar Şurasının iclası keçirilib

AMEA-nın Qadınlar Şurasının (QŞ) təşkilatçılığı ilə 25 noyabr - Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günü münasibətilə tədbir keçirilib.

İclası şuranın sədri, professor Rəna Mirzəzadə açaraq BMT Baş Assambleyasının 1999-cu ildə qəbul etdiyi qərarla 25 noyabrın dünyada qeyd olunduğunu söyləyib. Bildirib ki, hər il beynəlxalq cəmiyyətin diqqətini bu problemə cəlb etmək üçün hökumətlər, təşkilatlar və QHT-lər tərəfindən tədbirlər keçirilir.

QŞ-nin fəaliyyətindən də danışan R.Mirzəzadə AMEA-nın elmi müəssisələrində yerli şuraların yaradılması istiqamətində işlərin davam etdiyini bildirib.

Sonra Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının əməkdaşı Zeynəddin Şabanovun “BMT-nin SEDAV konvensiyası” və Şərq-Qərb Qadın İnkişaf Mərkəzinin sədri Mahrux Nəcəflinin “Gender əsaslı diskriminasiya və elm” mövzularında məruzələri dinlənilib.

Sonda şuranın gələcək fəaliyyət istiqamətlərilə bağlı suallar cavablandırılıb.

http://science.gov.az/news/open/9203