XƏBƏRLƏR
3012 Arxiv

2018.11.01

"Toxumların keyfiyyət dəyişkənliyinin əsasları" adlı kitab çap olunub

Mərkəzi Nəbatat Bağının Bitkilərin mühafizəsi və monitorinqi laboratoriyasının baş elmi işçisi, AMEA-nın müxbir üzvü Maqsud Qurbanovun "Toxumların keyfiyyət dəyişkənliyinin əsasları" kitabı çapdan çıxıb.

Nəşrdə alim tərəfindən aparılan tədqiqatlar və ədəbiyyat mənbələrinin analizi əsasında oduncaqlı bitkilərin təbiətdə və introduksiya şəraitində əmələ gətirdiyi toxumların keyfiyyət dəyişkənliyinin elmi əsasları ümumiləşdirilib. Həmçinin toxumların keyfiyyət dəyişkənliyinə rentgenoqrafiki, seleksiya və genetika nöqteyi nəzərindən qiymət verilib, poliplidiya ilə əlaqəsi analiz edilib.

Bundan başqa, kitabda toxum məhsulunun və onun keyfiyyətinin ekoloji mühit amillərindən asılılığı, onların riyazi modelləmə və EHM istifadə etməklə proqnozlaşdırılması məsələləri araşdırılıb.

Rus dilində tərtib olunmuş yeni nəşr botanik, ekoloq və aidiyyəti sahələrin mütəxəssisləri üçün nəzərdə tutulub.

http://science.gov.az/news/open/9060