XƏBƏRLƏR
2742 Arxiv

2018.10.30

Zoologiya İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib

30 oktyabr 2018-ci il tarixində AMEA Zoologiya İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib. İnstitut direktoru Elman Yusifov gündəlikdəki məsələlər barədə şura üzvlərini tanış edib.  İclasda Elmi Şurasının tərkibində qismən dəyişiklik edilərək, b.ü.e.d., dosent Şəfiqə Topçiyeva və b.ü.f.d., dosent Yeganə Mahmudova  Elmi Şurasının tərkibinə əlavə edilmələri barədə fikirlər irəli sürülüb. Həmçinin Zoologiya İnstitutunda elmi işçilərin, doktorant və dissertantların attestasiyasının nəticələri təsdiqlənib. Daha sonra “Gənlər üçün  Prezident  Mükafatı” na doktorant  Nərmin Beydizadənin namizədliyi irəli sürülüb. İclasda həmçinin 2018-ci il İnstitutun elmi-təşkilati fəaliyyətləri haqqında hesabatların vaxtları müəyyən edilib. Sonda gündəlikdə duran müxtəlif məsələlər ətrafında müzakirələr aparılıb.