XƏBƏRLƏR
2971 Arxiv

2018.10.30

Zoologiya İnstitutunun direktoru Rusiyada ezamiyyətdə olub

AMEA-nın Zoologiya İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosent Elman Yusifov  Rusiyanın Tümen Dövlət Universitetində (TDU) ezamiyyətdə olub.

TDU-nun rektoru Valeri Falkovla görüşdə əməkdaşlıq perspektivləri, həmçinin Zoologiya İnstitutunda bioloqlar üçün akademik magistratura yaradılması məsələsi müzakirə edilib.

E.Yusifov, həmçinin TDU-nun Biologiya İnstitutunu da ziyarət edib, biologiya laboratoriyalarının təchizatının yüksək səviyyədə olduğunu bildirib. Ziyarət zamanı daha səmərəli əməkdaşlıq üçün “güzgülü” laboratoriyaların təşkil edilməsinin zəruriliyi vurğulanıb.

E.Yusifovun sözlərinə görə, beynəlxalq laboratoriyalar faunistika, populyasiya və ekoloji sistemlərə dair birgə tədqiqatlar aparılması üçün baza rolu oynaya bilər: “Arktika hövzəsində yaşayan halqalı nerpa ilə qohum növün nümayəndəsi kimi Xəzər suitinin öyrənilməsi məsələsi hazırda böyük maraq doğurur. Xəzər suitinin təcrid olunmuş şəraitdə populyasiyası modeli digər növlərin vəziyyətini proqnozlaşdırmaq üçün vacibdir. Bu, nəzəri biologiya və filogeniya sahəsində böyük əhəmiyyət kəsb edir. Sizdə olan avadanlıq suitilərin bu iki növünün müqayisəsi üçün karioloji təhlil aparmağa kömək edə bilər, mikrohistoloji araşdırmalar isə müasir şəraitdə bu heyvanların orqanizminin vəziyyətini göstərəcək”.

http://science.az/news/open/9031