XƏBƏRLƏR
77 Arxiv

2018.10.29

Ernst-Moritz-Arndt Universitetinin əməkdaşı Zoologiya İnstitunda olub

Almaniyanın Ernst-Moritz-Arndt Universitetinin magistrı Cristoph Himmel Azərbaycanda tədqiqatlarını davam etdirmək üçün AMEA Zoologiya İnstitunda olub. İnstitut direktoru Elman Yusifov, direktor müavini Elşad Əhmədov və Zooloji muzeyin müdiri Səbinə Bünyatova ilə görüşən Cristoph Himmel 2019-cu ildə Qızılağac Dövlət Təbiət qoruğunda tədqiqatlarını davam etdirmək, həmçinin gənc tədqiqatçıları ornitoloji tədqiqatlara cəlb etmək haqqında fikirlərini bölüşüb. C.Himmelin tədqiqat qrantı “Beynəlxaql cüllütkimiləri tədqiqat qrupu” (İnternational Wader Study Group) tərəfindən dəstəklənir.

Qeyd edək ki, Qızılağac körfəzi və onun ətrafındakı su-bataqlıq əraziləri su quşların ilə zəngin olub, ornitoloji eko-turzim ərazisi kimi olduqca əhəmiyyətli yerdir.