XƏBƏRLƏR
2879 Arxiv

2018.10.18

Tələbələr Mikrobiologiya İnstitutunda aparılan tədqiqatlarla tanış olublar

Azərbaycan Turizm və Menecment Universitetinin Qida məhsullarının mühəndisliyi və Odlar Yurdu Universitetinin Biologiya fakültəsinin tələbələri  AMEA-nın Mikrobiologiya İnstitutunda olublar.

İnstitutun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Pənah Muradovla görüşdə qonaqlara müəssisənin tarixi, beynəlxalq əlaqələri və mikrobiologiyanın müasir istiqamətlərinə dair aparılan elmi-tədqiqat işləri haqqında məlumat verilib. Bildirilib ki, görüşün keçirilməsində əsas məqsəd AMEA-da elmlə təhsilin vəhdətinin təmin edilməsi, kadr hazırlığı sisteminin müasir standartlara uyğun təkmilləşdirilməsi, həmçinin elmi-tədqiqat işlərinin nəticələrinin tədris prosesində həyata keçirilməsidir.

Sonra tələbələr institutun Mikrobioloji texnologiya laboratoriyasında aparılan elmi-tədqiqat işləri, eləcə də müasir cihaz və avadanlıqların iş prinsipi ilə tanış olublar.

http://science.gov.az/news/open/8954