XƏBƏRLƏR
2710 Arxiv

2018.10.10

Zoologiya İnstitutunun Qadınlar Şurasının ilk iclası keçirilib

09 oktyabr 2018-ci ildə AMEA  Zoologiya İnstitutunun Qadınlar Şurasının ilk iclası keçirilib. İclası Zoologiya İnstitutunun  Qadınlar Şurasının sədri, biologiya üzrə fəlsəfə doktoru, dosent Yeganə Mahmudova açıb. Öncə Y.Mahmudova iclasın keçirilməsi ilə əlaqədar alim xanımları təbrik edib, sonra AMEA- da  Qadınlar Şurasının yaradılmasından, məqsəd ve məramlardan, alim qadınlarımızın cəmiyyətdə, ictimai həyatda fəaliyyətləri, onların müxtəlif sahələrdə  gender bərabərliyinin təmin edilməsi haqqında iclas iştirakçılarını məlumatlandırıb. Daha sonra Qadınlar Şurasının idarə heyətinin  və büro üzvlərinin tərkibində bəzi dəyişikliklər edilib ve səs vermə yolu ilə qərarlar  qebul olunub.

İclasda həmçinin  Bakı milyonçusu , Ağa Musa Nağıyevin nəvəsi, tarix üzrə fəlsəfə doktoru, "Milli Dəyərlərin Qorunması" ictimai birliyinin  sədri Dilarə Ağa Musa Nağıyeva da iştirak edib. Dilarə xanım  Zoologiya İnstitutunun  Qadınlar Şurasının fəxri üzvü seçilib.

  İclasda 2018-ci ilin ikinci yarım ilinə aid iş planı dinlənilib, gündəlikdə duran müxtəlif məsələlər alim xanımlarımız tərəfindən müzakirə olunub, mülahizələr aparılıb, qərarlar qəbul edilib, maraqlı təkliflər irəli sürülüb.