XƏBƏRLƏR
53 Arxiv

2018.10.08

AMEA-nın Qadınlar Şurasının iclası keçirilib

AMEA-nın Qadınlar Şurasının qarşıda duran məsələlərə həsr olunan iclası keçirilib.

İclası şuranın sədri, fəlsəfə elmləri doktoru, professor Rəna Mirzəzadə açaraq iştirakçılara gündəlikdə duran məsələlər barədə məlumat verib. O, AMEA-nın elmi müəssisə və təşkilatlarında Qadınlar Şurasının yaradılması və büro üzvlərinin seçilməsi istiqamətində işlərin davam etdirilyini bildirib.

BMT-nin qərarı ilə oktyabr ayının 11-nin dünyada Beynəlxalq Qızlar Günü kimi qeyd edildiyini deyən alim 2019-cu ilin fevral ayında “Qadın və elm” mövzusunda beynəlxalq konfransın keçiriləcəyini diqqətə çatdırıb.

Şura sədri AMEA-nın alim qadınlarının ensiklopediyasının hazırlanacağını, elmi müəssisə və təşkilatlarda “Mənəviyyat və elm” mövzusunda silsilə tədbirlərin keçiriləcəyini, həmçinin qurumun veb saytının hazırlanacağını bildirib.

Sonra Sumqayıt Dövlət Universitetinin dosenti T.Qasımovanın “Qadın və elm” və Zoologiya İnstitutunun baş elmi işçisi Ş.Topçubaşovanın “Qadın, elm və ailə” mövzusunda məruzələri dinlənilib.

İclasda AMEA Qadınlar Şurasının İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri S.Zülfüqarova, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Qadınlar Şurasının sədri E.Quluzadə, Ədəbiyyat İnstitutunun Qadınlar Şurasının sədri A.Xəlilova, Rizayiyyat və Mexanika İnstitutunun Qadınlar Şurasının sədri T.Həsənova və digərləri çıxış edərək bir sıra təkliflər irəli sürüblər.

Sonda şuranın gələcək prioritet istiqamətləri ilə bağlı suallar cavablandırılıb.

http://science.gov.az/news/open/8869