XƏBƏRLƏR
3037 Arxiv

2018.10.04

04 oktyabr “Ümumdünya Heyvanların Mühafizəsi Günü”dür

04 oktyabr 1931-ci ildə İtaliyanın Florensiya şəhərində keçirilmiş təbiətsevərlərin Beynəlxalq Konqresində “Ümumdünya Heyvanların Mühafizəsi Günü”nün təsis olunması barədə qərar qəbul edilmişdir. Bu qərarın qəbul olunmasının məqsədi məhz ictimaiyyətin diqqətini heyvanlar aləminin problemlərinə yönəltməkdir.

Ölkə səviyyəsində bu problemləri aradan qaldırmaq üçün xüsusi mühafizə olunan təbiət ərazilərinin təşkili və inkişaf etdirilməsi vəhşi heyvanların mühafizəsi və öyrənilməsində mühüm rol oynayır. Bu ərazilər vəhşi heyvan növlərinin təhlükəsiz şəraitdə yaşamasına, onların sayının qısa müddət ərzində təbii yollarla artmasına, nadir heyvan növləri populyasiyalarının bərpa olunmasına şərait yaradır.

Bu məqsədlə ölkəmizdə 8 Milli Park, 12 Dövlət Təbiət Qoruğu və 23 Dövlət Təbiət Yasaqlığı mövcuddur ki, onların da sahəsi ölkə ərazisinin təqribən 10,3 faizini təşkil edir.