XƏBƏRLƏR
115 Arxiv

2018.10.01

Bioloji müxtəlifliyə dair dəyərli elmi mənbə

"Gənclik və Maarifçilik" İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2018-ci ilin 1-ci qrant müsabiqəsinin qalibi olmuş “Biomüxtəliflik haqqında kitabın nəşri” adlı layihə üzrə müvafiq kitab çapa hazırlanıb.

“Biomüxtəliflik haqqında populyar dildə” adlı kitaba AMEA Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadə rəy və “Ön söz” yazıb. O, öz rəyində kitabı dünya şöhrətli alim, ölkədə biologiya və kənd təsərrüfatı elmlərinin bioloji müxtəlifliyə aid bütün sahələrinin istiqamətləndirilməsində müs­təsna rol oynamış akademik Cəlal Əliyevin xatirəsinə dəyərli töhfə kimi dəyərləndirib.

Nəşrin müəllifləri AMEA-nın müxbir üzvü Zeynal Əkpərov, aqrar elmlər üzrə fəlsəfə doktoru Afiq Məmmədov və biologiya üzrə fəlsəfə doktoru Vaqif Əmikişiyevdir.

http://science.gov.az/news/open/8814