XƏBƏRLƏR
3568 Arxiv

2018.09.24

AMEA Zoologiya İnstitutunun direktoru Elman Yusifov Orenburq şəhərində elmi ezamiyyətə olub

AMEA Zoologiya İnstitutunun direktoru fizika üzrə fəlsəfə dokoru, dosent  Elman Yusifov 9-13 sentyabr 2018-ci il tarixlərində Orenburq şəhərində elmi ezamiyyətə olub. E.Yusifov Böyük Avrasiya Çölləri VIII Beynəlxalq Forumun plenar iclasında "Azərbaycanın bozqır landşaftlarının biomüxtəlifliyi" mövzusunda çıxış edib. Rusiya Elmlər Akademiyası Çöl İnstitutu, Orenburq Dövlət Universiteti, Rusiya Elmlər Akademiyası Coğrafiya İnstitutu, Rusiya Elmlər Akademiyası Heyvanlar və Bitki Ekologiyası İnstitutunun rəhbərləri, tanınmış alimləri  ilə görüşlər aparılıb, müştərək layihələr haqqında müzakirələr danışılıb və gələcək əməkdaşlıq istiqamətləri müəyyənləşdirilib.

Forum çərçivəsində Rusiya Elmlər Akademiyası Ural filialının Çöl İnstitutunun direktoru akademik V.V.Çibilovun dəvəti ilə Orenburq Dövlət Təbiət Qoruğu ərazisində Prjeval atlarının reintroduksiyası edildiyi Orenburq Tarpaniyası ziyarət edilib.

Görüşün sonunda akademik V.V.Çibilov, akademik A.A.Tişkov, akademik V.N.Bolşakov ilə birlikdə Azərbaycanın əlverişli ərazilərinə zubr və sayqakların reintroduksiya edilməsinin perspektivləri və nəzəri əsasları müzakirə edilib.

Həmçinin direktor E.Yusifov Rusiya Federasiyasında çap olunan “Экологический мониторинг и биоразнообразие” jurnalının redaksiya heyətinin üzvü seçilib. Bu isə öz növbəsində Biomüxtəliflik üzrə çalışan alimlərimizin elmi nəticələrinin  belə mötəbər jurnal vasitəsi ilə dünya elminə inteqrasiya etməsinə imkan yaradacaq.