XƏBƏRLƏR
3356 Arxiv

2016.04.12

Elmi Şuranın növbəti iclası keçirilib

AMEA Zoologiya İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib. İnstitutun direktoru Elman Yusifov iclasda iştirak edən əməkdaşları İnformasiya və innovasiya şöbəsinə müdir vəzifəsinə yeni təyin olunan Şahzadə Mədətova ilə tanış etdi.

İclasda yaxın zamanlarda keçiriləcək sərgi ilə əlaqədar bir çox məsələlər həll olundu. Yeni təkliflər və sərgidə gənc alimlərin fəal iştirakı haqqında müzakirələr edildi. Elman Yusifov onu da qeyd etdi ki, gənc alimlər gələcək fəaliyyətlərinin inkişafı üçün Elmi Şuralarda yaxından iştirak etsinlər.