XƏBƏRLƏR
3551 Arxiv

2016.04.08

Zoologiya İnstitutunda Dissertasiya Şurasınn növbəti iclası keçirilib

İnstitutun nəzdində fəaliyyət göstərən D01.071 Dissertasiya Şurasının növbəti iclası keçirilmişdir. İclasda Protistologiya laboratoriyasının kiçik elmi işçisi Türkan Firudin qızı Qurbanovanın “Urbanlaşmış ekosistemlərdə insanın opportunistik  xəstəliklərinin törədiciləri olan koksidilərin (Apicomplexa, Coccidia) yayılmasında gəmiricilərin rolu” mövzusunda biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiyasının müdafiəsi keçirilib. İşin elmi rəhbəri biologiya üzrə elmlər doktoru H.D.Qaibovadır.

Tədqiqatçı tərəfindən Gəmiricilər (Rodentia) dəstəsinin 11 növünə aid 320 fərdi tədqiq olunmuş, onlardan 7 növə aid 90 fərdin fekal nümunələrində insanın İİV ilə assosiasiya olunmuş xəstəliklərinin törədiciləri olan Cryptosporidium cinsinə daxil olan oosistalar aşkar edilmişdir. Azərbaycanda ilk dəfə olaraq adi meşə siçanında (Apodemus sulvaticus) təsvir edilərək sahibə dar spesefik növ hesab edilən Eimeria jerfinica Musaev and Veisov, 1963 növünün həmçinin tarla siçanlarında da parazitlik etdiyi, yəni poliksen növ olduğu müəyyən edilmişdir. Azərbaycanda ilk dəfə olaraq molekulyar biologiyanın DNT amplifikasiyası, PZR və sekvenləşdirmə metodlarından istifadə etməklə gəmiricilərdə parazitlik edən Eimeria cinsi üçün filogenetik ağac qurulmuşdur. Boz siçovulda iki yeni növ aşkar edilmişdir vəEimeria sp.1,Eimeria sp.2. kimi adlandırılmışdır.