XƏBƏRLƏR
3570 Arxiv

2016.04.07

Zoologiya İnstitutunun ümumi iclası keçirilib

AMEA Zoologiya İnstitutunun ümumi yığıncağı keçirilib.İclasda İnstitutun direktoru Elman Yusifov son hadisələrə münasibətini bildirərək dedi: “Azərbaycanın geosiyasi mövqeyi onu son 2000 il ərzində daim xarici işğalçıların qurbanına çevirmişdir. Baş vermiş son hadisələr bunu bir daha sübut etdi. Xalqımız özünün ordusunu və Ali Baş Komandanınyanında olduğunu bir daha nümayiş etdirdi. Əlbəttə, bu böyük qələbə bizə ağır itkilər hesabına başa gəldi. Allah şəhidlərimizə rəhmət etsin, ruhları şad olsun”.

Sonda şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.

İclasda, həmçinin  İnstitutun texniki əməkdaşı Xanım Əzizovanın uzun müddət göstərdiyi əmək fəaliyyəti, eyni zamanda yubileyi qeyd edildi. X.Əzizova İnstitutun daxili imkanları hesabına bir aylıq vəzifə maaşı miqdarında mükafatlandırıldı.Institutun Həmkarlar  Təşkilatının sədri Barat Əhmədov da X.Əzizovanı bu əlamətdar gün münasibətilə təbrik edərək, təşkilat adından ona mükafat təqdim etdi.