XƏBƏRLƏR
3579 Arxiv

2018.09.07

AMEA Zoologiya İnstitutunun direktoru Elman Yusifov "Şərəfli Ömür" fəxri diplomuna layiq görülüb

Şərəfli ömür yolu olan insanlardan biri də, əmək fəaliyyətinə başlayan və ömrünün ən gözəl illərini bu sistemdə çalışan, əməklə ucalan, zəhmətlə şöhrətlənən,  AMEA Zoologiya İnstitutunun direktoru  fizika üzrə fəlsəfə doktoru, dosent  Elman Yusifovdur.

Elman Yusifov, "Parlamentinsesi.az internet saytı" tərəfindən ictimaiyyət arasında keçirilmiş rəy sorğusu nəticəsinə əsasən "Şərəfli Ömür" fəxri diplomuna layiq görülüb. Direktor elmin populyarlaşdırılması, KİV-lərə açıqlıq, elmi təşkilatçılıq fəaliyyətlərində kütləvi informasiya vasitələri  ilə sıx əməkdaşlığına  görə bu mükafata layiq görülüb.

Zoologiya İnstitutu kollektivi adından Elman Yusifovu təbrik edir, işlərində uğurlar və can sağlığı diləyirik.