XƏBƏRLƏR
2786 Arxiv

2018.08.07

Rəngli süni elektron dəri hazırlanıb

Çin alimləri çox nazik, elastik və keçiricilik qabiliyyətinə malik maddə olan qrafen əsasında rəngli süni elektron dəri hazırlayıblar. O, sağlamlıq vəziyyətinin monitorinqi üçün daşınan elektron qurğu kimi işləyə bilir.

belta.by saytının məlumatına görə, “E-skin” adlı elektron dərinin hazırlanmasında insan dərisinə bənzəyən və təzyiq, temperatur və dartılmanı hiss edə bilən elastik elektron materialdan istifadə olunub. Suyun köməyilə elektron dəri yalnız insan bədəninə deyil, həm də yarpaq və ipək kimi obyektlərə köçürülə bilər.

Elektron dərini insan dərisinə, həmçinin tənəffüs, ürək döyüntüsü və səs daxil olmaqla, bədən siqnallarının ölçülməsi üçün boğaza bərkitmək olar. Yüksək həssaslığa malik olan elektron dəri yüksək temperatura davam gətirir və daşımaq üçün olduqca rahatdır.

http://science.gov.az/news/open/8513