XƏBƏRLƏR
3023 Arxiv

2018.08.06

Zoologiya İnstitutunun əməkdaşı Dördüncü “Fizika və lirika” konfransı çərçivəsində keçirilən “Qoşa qanad” elmi-ədəbi gecəsində iştirak edib

17 iyul 2018-ci ildə AMEA Mərkəzi Nəbatat Bağında dördüncü “Fizika və lirika” konfransı çərçivəsində “Qoşa qanad” elmi-ədəbi gecəsi keçirilib. Zoologiya İnstitutunun “Quru onurğalıları” laboratoriyasının elmi işçisi Sevinc Səadət qızı Rəcəbova Dördüncü “Fizika və lirika” konfransında iştirak edib. Konfransda “Qoşa qanad” kitabının təqdimatı olub. Sevinc Rəcəbovanın “Qarabağ”, “Anam mənim” və “Arzu çələngimin rüzgarı” adlı şeirləri “Qoşa qanad” kitabında çap olunub. Sevinc Rəcəbova konfransda “Qarabağ” şeiri ilə çıxış edib.