XƏBƏRLƏR
2982 Arxiv

2018.08.02

Alimlər dişi kariyesdən qoruyan nanohissəciklər yaradıblar

ABŞ-ın kimyaçı alimləri diş ərpi və daşının yaranmasına səbəb olan mikrob təbəqəsini əridə bilən nanomaterial yaradıblar.

Pensilvaniya Universitetindən (Filadelfiya, ABŞ) Xyun Ku və onun həmkarları orqanizmdə dəmir çatışmazlığına qarşı mübarizə məqsədilə yaradılmış nanohissəciklərlə eksperiment apararkən diş daşını və onunla əlaqəli streptokok biotəbəqəsini təmizləməyin effektiv yolunu kəşf ediblər. Bu preparat turşu mühitinə düşərkən daha çox hidrogen-peroksid ayırmağa başlayır. Peroksid bakteriyaları öldürür və dişlərin sağlam hissələrinə toxunmadan onları məhv edir.

Alimlər diş daşından nümunələr götürərək nanohissəciklərin onlara təsirini öyrəniblər. İlk təcrübə göstərib ki, bu cür “diş tozu” diş emalını zədələmədən ərpi tez dağıdır və mikrobları öldürür. Bu cür nanohissəcikləri diş pastasına, yaxud kariyesə qarşı məhlullara əlavə etmək olar.

www.ria.ru

http://science.gov.az/news/open/8501