XƏBƏRLƏR
121 Arxiv

2018.07.31

İyulun 31-də Mars-Yer qarşıdurması baş verəcək

İyulun 31-də Qırmızı planet Yerə ən yaxın məsafədə olacaq. Bu zaman məsafə 0.39 astronomik vahid və ya 57.5 milyon kilometrədək qısalacaq. Belə ki, Marsı adi gözlə də müşahidə etmək mümkün olacaq. Qırmızı planet səmada adi gözlə çox parlaq, ulduz ölçüsü 2.8 olan qırmızı ulduz kimi görünəcək.

Qeyd edək ki, hər qarşıdurmada Yerlə Mars arasında məsafə eyni olmur. Qarşıdurma qışda baş verirsə planetlərarası məsafə 100 milyon kilometr, yayın sonlarında baş verərsə 50-60 milyon kilometrədək qısalır. Marsın belə qarşıdurması orta hesabla 13-17 ildən bir baş verən hadisədir. Bu vəziyyətdə onun ulduz ölçüsü və bucaq diametri dəyişir.

Sonuncu böyük qarşıdurma 2003-cü il avqustun 28-də baş verib. Bu zaman yaxınlaşma 55.8 milyon kilometrə çatıb.

Mars və Yerin növbəti yaxınlaşmasının 2035-ci il sentyabrın 16-na təsadüf etməsi gözlənilir. Bu il isə həmin yaxınlaşma Ay tutulması ilə tam üst-üstə düşəcək və bir saat 44 dəqiqə davam edəcək.

www.rusjev.net

http://science.gov.az/news/open/8495