XƏBƏRLƏR
3575 Arxiv

2016.03.17

Elmi Şuranın növbəti iclası keçirilib

AMEA Zoologiya İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib. İnstitutun direktoru Elman Yusifov iclasda bir sıra məsələlərə toxunub. O, Zoologiya İnstitutunun müasir durumu və inkişaf perspektivləri haqqında çıxış etdi. Elmi ekspedisiyaların effektivliyinin artırılması, nizam-intizamın təmin edilməsi, məhsuldar elmi fəaliyyətin stimullaşdırılması, institutun 80 illik yubileyinə hazırlıq, Azərbaycanın Zooloqlar Cəmiyyətinin gələcək fəaliyyəti, institutun elmi fəaliyyəti və idarə olunmasında gənclərin cəlb edilməsi Elmi Şuranın gündəliyində olan mövzular sırasında idi. Daha sonra elmi işlər üzrə direktor müavini Zakir Məmmədov, ümumi işlər üzrə direktor müavini Ərşad Cəlilov, Helmintologiya laboratoriyasının müdiri Qara Fətəliyev və Herpetologiya laboratoriyasının əməkdaşı Təvəkkül İskəndərov çıxış edərək toxunulan məsələlərə öz münasibətlərini bildirdilər.