XƏBƏRLƏR
3070 Arxiv

2018.07.20

Zoologiya İnstitutunun “Quru onurgalıları” laboratoriyasının əməkdaşları ekspedisiyada olublar

AMEA Zoologiya İnstitutunun “Quru onurgalıları” laboratoriyasının əməkdaşları Elçin Sultanov, Tahir Kərimov və Səidə Səmədova 22 iyun 2018-ci il tarixindən  2 iyul  2018-ci il tarixinə dək  Mingəçevir və Şabran rayonlarında ekspedisiyada olublar.  Ekspedisiya müddətində Mingəçevir, Varvara və Taxtakörpü su anbarlarında quşların növ tərkibi və sayı qeydə alınıb, yuvalama koloniyalarının yeri müəyyənləşdirilib.