XƏBƏRLƏR
114 Arxiv

2018.07.09

AMEA-nın Qadınlar Şurasının ilk iclası keçirilib

İyulun 6-da Malekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda AMEA-nın Qadınlar Şurasının ilk iclası keçrilib.

İclası AMEA-nın vitse- prezidenti, Malekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynova açdı. O çıxışında böyük alim, görkəmli ictimai siyasi xadim , akademik Cəlal Əliyevin institutda çalışdığı illərdə onun fəaliyyəti , gördüyü işlər haqqında tədbir iştirakçılarına məlumat verdi və bildirdi ki, hal-hazırda Malekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda 116 nəfər əməkdaş şalışır, 3 şöbə, 5 beynəlxalq laboratoriya fəaliyyət göstərir.

Sonra İradə xanim çıxışında AMEA-nın Qadinlar Şurasının ilk iclasının rəhbərlik etdiyi institutda keçrilməsini təqdirəlayiq hal kimi dəyərləndirərək, gələn qonaqlara öz minnətdarlığını bildirdi. İradə xanım ilk dəfə 2 may 2018-ci ildə AMEA-da Qadınlar Şurasınin yaradılması haqqında danışdı. Bu seçkilərdə akademiyanın yeni rəyasət heyyətinə 2 qadının seçilməsi, qadına olan böyük inam və hörmətin təzahürüdür deyə qeyd etdi. Buna görə də Azərbaycan qadını da Azərbaycan elminin yüksəlməsinə çalışmalıdır. Hüseynova çıxışında Azərbaycanın birinci xanımı, I vitse-prezident Mehriban Əliyevanın gördüyü işlərdən danışaraq, onun Azəbaycan qadınlarına bir örnək olduğunu vurğuladı.İradə xanim iclasda iştirak edən xanımların hamısının Azərbaycanın, elmimizin inkşafında böyük rolu olduğunu qeyd etdi. Qadınlar Şurasının mayın 2-də keçirilən iclasından sonra AMEA-nin bütün institutlarında iclaslar keçrilərək , hər bir təşkilatda şura sədri, şuranın üzvüləri seçilməsindən və bu istiqamətlərdə fəaliyyətlərin başlanmasından danışdı. Artıq bu sahədə tədbirlər planları işlənib hazırlanmışdır, hətta onların bəziləri həyata keçrilmişdir. Məhz bu günki yığıncaq da tədbirlər planının başlanğıcıdır. İradə xanım öz çıxışında bütün işlərdə qadınlarımızın faizlərinin artmasını qeyd ederek , göstərdi ki, öz bölmələrinə gələn magistrların çoxunu qadınlar təşkil edirlər. Doktoranturaya daha çox xanımlar müraciət edir. Azərbaycan elminin gələcəyi üçün Azərbaycan qadınları birbaşa məsuliyyət daşıyırlar. Bu təşkilatların yaranması qadınların daha düzgün istiqamətləndirilməsinə imkan verəcək, AMEA-nın bütün təşkilatları gücünü birlikdə birləşdirəcək. İ. Hüseynova İnstitutlarında rəhbər vəzifədə çalışan qadınlara misal olaraq direktorlar, direktor müavinləri arasında qadınların, elmi katiblərin əksəriyyətinin qadın, alimlər evinin sədiri , dissertasiya şurasının elmi katibi xanım olduğunu göstərdi. İradə Huseyova rəhbərlik etdiyi müəssənin 70 faizinin qadınlardan ibarət olduğunu söylədi və qeyd etdi ki, bu gender bərabərliyi deyil, artıq qeyri bərabərlikdir. Qadınlar artıq bir çox sahələrdə çoxluq təşkil edir. Lakin bizim tutduğumuz aparıcı mövqe , eyni zamanda da bizim üçün məsuliyyət hissi deməkdir və biz Azərbaycan elminin inkşafı üçün , onun dünyada tanınması , təbliğ olunması , beynəlxalq təşkilatlardla əlaqələr yaradılması üçün cavabdehlik daşıyırıq. Ona görə bu şuraların yaradılması və bizim ayri-ayrı qadın şuralarında fəaliyyətmizin birləşdirilməsi və birgə fəaliyyətimiz bu istiqamətlərdə böyük nəaliyyətlər əldə etməyə imkan verəcəkdir.

Sonra İradə xanım sözü AMEA-nın Qadınlar Şurası Elmi problemlər üzrə bölmənin rəhbəri və koordinatoru , fəlsəfə üzrə fəlsəfə doktoru Samirə Kadıyevaya verdi. Samirə xanım cari il mayın 2-də AMEA-da yaradılan Qadınlar Şurasının gələcək fəaliyyətinin təşkili haqqında tədbir iştirakçılarını məlumatlandırdı.

Alimlər Evinin direktoru, tarix üzrə fəlsəfə doktoru Nuridə Quliyeva alim qadınlarımızın gördükləri işlərdən və alimlər evinin fəaliyyətindən məlumat verməklə yanaşı , III elmi festival haqqında da iclas iştirakçılarını məlumatlandırdı və şuranın üzvülərini bu elmi festivalda yaxından iştirak etməyə dəvət etdi.

AMEA-nın Qadınlar Şurasının sədri , professor Rəna Mirzəzadə çıxış edərək akademiklar Nərgiz Paşayevanın və İradə Hüseynovanın cari il keçirilən AMEA-nın ümumi yığıncağında Akademiyanın vitse-prezidentləri seçilmələri ilə münasibəti ilə hər iki xanımı ürəkdən təbrik etdi və bunun qadınlar üçün böyük stimul olduğunu söylədi.

11 fevral 2015-ci ildə BMT-nin qərarı ilə “Qadınlar və Qızlar elimdə” beynəlxalq gününün təsis edildiyini diqqətə çatdıran alim bununla bağlı ölkəmizdə də müxtəlif tədbirlərin keçiriləcəyini də qeyd edib. O, akademiyanın institutlarında yaradılan qadınlar şuralarının üzvlərini bu tədbirdə fəal iştirak etməyə çağırıb.

  1. Mirzəzadə , həmçinin BMT Baş Assambleyasının qərarı ilə elan edilmiş 11 oktyabr – Beynəlxalq Qızlar Gününün AMEA-da qeyd edilməsi təklif etdi. Rəna xanım AMEA-nın qadın əməkdaşlarının elmi fəaliyyətləri barədə tədqiqatların aparılması və bu məlumatların çap olunmasının zəruriliyini qeyd etdi.

İclasda həmçinin fəlsəfə üzrə elmlər doktoru Ziba Ağayeva, Radiasiya Problemləri İnstitutunun elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Rəvan Mehdiyeva, Aşqarlar Kimyası İnstitutunun laboratoriya müdiri, poofessor Həqiqət Cavadova və digər alim xanımlar çıxış edərək , Azərbaycanın elmində, ictimai -siyasi həyatında qadınların rolu və fəaliyyətləri haqqında çıxışları diqqətlə dinlənilib. Bununla da Qadınlar Şurasının birinci iclası öz işini çox yüksək səviyyədə başa vurdu. AMEA-nın alim qadınlarmızdan ibarət yeni qurulmuş Qadınlar Şurasına gələcək işlərində yeni-yeni uğurlar arzulayırıq.

 

Zoologiya İnstitutunun Qadınlar Şurasının sədri:

b.ü.f.d. , dosent:  Yeganə Mahmudova