XƏBƏRLƏR
215 Arxiv

2018.07.12

AMEA Yüksək Texnologiyalar Parkında rezidentlərlə görüş keçirilib

Akademiyanın vitse-prezidenti, akademik İbrahim Quliyev AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) rezidentləri ilə görüş keçirib.

AMEA-nın İşlər İdarəsinin müdiri, siyasi elmlər doktoru Fətəli Abdullayevin də iştirak etdiyi görüşdə YT Parkın rezidenti "DN TECHNOLOGIES" MMC-nin rəhbəri Ceyhun Nabadov qonaqlara rəhbərlik etdiyi şirkət barədə məlumat verib. Bildirib ki, əsas fəaliyyət istiqaməti 3D modelləmə, simulyator və robot texnologiyaları olan şirkət proqram təminatları və texnoloji yönümlü məhsulların istehsalı və satışını həyata keçirir. Müəssisə, həmçinin lisenziya əsasında məhsulların digər təşkilatların istifadəsinə verilməsi ilə məşğuldur.

C.Nabadov təməli 2012-ci ildə qoyulan "DN TECHNOLOGIES" MMC-in hazırda böyük layihələrin icrasını həyata keçirdiyini diqqətə çatdırıb. Bildirib ki, AMEA YT Parkın rezidenti olan şirkət gələcək məhsulların konsepti və prototipin hazırlanması üzərində iş aparır.

Daha sonra qonaqlar AMEA YT Parkın mülkü təyinatlı radio ekoloji monitorinq sisteminə və pilotsuz uçan aparatların istehsal sahələrinə baş çəkərək, Texnoparkın ərazisində fəaliyyət göstərən rezidentlərə yaradılan şərait barədə məlumat alıblar.

Sonda akademik İ.Quliyev rezidentlərə öz tövsiyələrini verib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.

http://science.gov.az/news/open/8396